Qaradağda yol qəzası: sürücü ölüb

21 İyun 2016 09:45 (UTC+04:00)

Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb.


Movqe.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.


Xilasedicilər K.Musayevin cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:44-də başa çatıb.