Yaponiyada torpaq sürüşməsi: 2 ölü

21 İyun 2016 10:00 (UTC+04:00)

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş daşqınlar və sürüşmələr nəticəsində ən azı iki nəfər ölüb, üç nəfər isə itkin düşüb.


Movqe.az TASS-a istinadən xəbər verir ki, prefektura rəhbərliyi 38 mindən çox insana təxliyyə edilməyi məsləhət görüb.


Aprel ayında baş vermiş güclü zəlzələlər səbəbindən Kumamotoda indiyə qədər 6,5 min insan təxliyyə edilib. Onlar indiyədək öz evlərinə qayıda bilmir.