Küsülü olduğu Aygün və Röya ilə barışdı - VİDEO

21 İyun 2016 10:17 (UTC+04:00)

Müğənni Elton Hüseynəliyev küsülü olduğu xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanla barışıb. 


Movqe.az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla" verilişində barışıq addımını özünün atdığını deyib:


E.Hüseynəliyev Aygün Kazımovaya qarşı yanlışlıq etdiyini etiraf edib:


"Onlar ölkənin iki ən böyük ulduzlarıdır. Çoxu deyə bilər ki, əvvəl başqa danışırdı, indi başqa. Bir az zaman keçəndən sonra insan fikirləşir, səhvini başa düşür. Söz-söhbət başlayanda, barışıq üçün ilk kişi addım atmalıdır. Oturub gözləməyəcəm ki, xanım mənə zəng vursun. Aygün xanımla münasibət yaxşı deyildi, zəng vurdum, könlünü aldım. O da barışıq istəyimi geri çevirmədi. Düşündüm ki, küsülü qalmayaq. Gözəl anlarımız, dostluğumuz olub. Divamızdır, xətrini çox istəyirəm".


E.Hüseynəliyev R.Ayxanı "əməkdar artist" adı alması münasibətiylə təbrik etdiyini bildirib:




"Bir toyda idik, onu təqdim etdim. "Əməkdar artist" adı alandan sonra istəyirdim təbrik edim, fürsət tapmırdım. Toy məclisində bir araya gəldik, onu təqdim etdim: "İndi isə hamının sevimlisi, mahnıları dillər əzbəri olan, respublikanın əməkdar artisti gəlir". Çıxdı səhnəyə, "Eltona təşəkkür edirəm" dedi və barışdıq. Allah şeytana lənət etsin".