Bakıda dəhşətli qətl, ər arvadını əlləri ilə boğaraq öldürdü

21 İyun 2016 11:00 (UTC+04:00)

Bakıda ağır qətl hadisəsi baş verib.


Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə iyunun 20-də axşam saat 21: 30-radələrində paytaxtın Suraxanı rayonu ərazisində baş verib.


Belə ki, rayonun Qaraçuxur qəsəbəsində yaşayan Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı yaşadığı evdə qısqanclıq zəminində əlləri ilə boğaraq öldürüb.


Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.