Qalmaqallı evlilik rəsmən bitdi

21 İyun 2016 11:22 (UTC+04:00)

2013-cü ildə ailə quran aktrisa Bade İşçil və iş adamı Malkoç Sualp cütlüyünün evliliyi dünən bitib.


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Süalp məhkəmədə hakimə "xahiş edirəm, bizi boşayın, hər iki tərəf xilas olsun" deyib.


Aylardır ki, böyük mübahisələr, qarşılıqlı ittihamlarla medianın gündəmini zəbt edən ikilinin oğulları Azura görə barışmaq cəhdləri də alınmayıb. Tərəflər aralarında razılığa gələrək boşanmanın şərtləri haqda açıqlama verməyib. Lakin hər iki tərəfin qərardan razı qaldığı bildirilib.