Təhsil Şəbəkəsi genişlənir - 54 təhsil müəssisəsi şəbəkəyə qoşuldu

21 İyun 2016 11:50 (UTC+04:00)

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın Fəaliyyət Planına uyğun olaraq, 2016-cı ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 54 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.


Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, indiyədək ATŞ-ə qoşulmuş 2351 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.