Türkiyədə terror hadisəsinin qarşısı alınıb

21 İyun 2016 12:00 (UTC+04:00)

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində böyük terror hadisəsinin qarşısı alınıb. Movqe.az Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, vilayət polisi tərəfindən minalanmış yük avtomobili aşkar edilib.Agentliyin məlumatına görə, planlaşdırılan terror hadisəsi PKK terror təşkilatı tərəfindən həyata keçiriləcəkmiş.