"Ən böyük burun" müsabiqəsinin qalibi məlum oldu

21 İyun 2016 21:00 (UTC+04:00)

Almaniyanın Lanqenbruk şəhərində ən böyük burunlar üzrə müsabiqə keçirilib.

Movqe.az-ın  verdiyi məlumata görə, hər 5 ildən bir keçirilən müsabiqəyə Avropanın müxtəlif ölkələrindən iştirakçılar qatılıb.


Qalib ikinci dəfə yenə də Hans Royst olub. Onun burnunun parametrləri məlum deyil, lakin tədbirin aparıcısı Hoysun burnunu kartofa oxşadıb.


Qeyd edək ki, bu yarış Lanqenburqda 1961-ci ildən keçirilir./qafqazinfo.az/