"Qarabağ" - "Dudelange" matçının vaxtı və yeri açıqlandı

21 İyun 2016 12:30 (UTC+04:00)

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Lüksemburq təmsilçisi "Dudelange"la keçirəcəyi ilk oyunun yeri və başlama saatı açıqlanıb. 


Movqe.az goal.az-a istinadən xəbər verir ki, ilk oyun iyulun 12-də doğma azarkeşlər önündə keçiriləcək.


Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.


Qeyd edək ki, tərəflər arasında cavab matçı bir həftə sonra - iyulun 19-da keçiriləcək.