"Kəpəz" - "Dacia"

21 İyun 2016 12:48 (UTC+04:00)

Azərbaycan təmsilçisi "Kəpəz"in Moldova "Dacia"sı ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın klublara göndərdiyi məktubda matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 30-da deyil, iyunun 28-də təşkil olunacağı göstərilib. "Dalğa Arena"dakı görüş saat 20:00-da başlanacaq.


Qeyd edək ki, cavab görüşü iyulun 7-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək.