Səhiyyə Nazirliyi Salyanda doğulan üçəmlərdən iksinin ölümünə münasibət bildirib

21 İyun 2016 13:00 (UTC+04:00)

Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn üçəmlərdən ikisinin ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Movqe.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Movqe.az-a açıqlamasında deyib ki,  Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15 də xəstəxananın Doğum şöbəsində üçəm dünyaya gətirib: "Doğuş hamiləliyin 31-ci həftəsində baş verib. Uşaqların çəkisi çox kiçik olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq uşaqlardan biri gecə saat 1:00-də, digəri isə 1:10-da tələf olub".

 

Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara münasibət bildirən nazirlik əməkdaşı deyib ki, rayonda elektrik enerjisi saat 01.30 radələrində kəsilib: "Yəni işığın sönməsinin bu məsələyə heç bir adiyyatı yoxdur və xəstəxananın reanimasiya, doğum şəbələrində generatorlar var".