Məktəblilərin dərman təminatı üçün ÜST-ə müraciət olundu

21 İyun 2016 13:16 (UTC+04:00)

Azərbaycanda uşaqlara qurd xəstəliyinin profilaktikası məqsədilə dərmanların paylanması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət olunub. Bu  barədə Movqe.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov məlumat verib. S. Məmmədov ÜST-ə olunan müraciətlərə əsasən dərman preparatları ilə təminatın 6 ay müddətində baş tutduğunu söyləyib. Onun sözlərinə görə, ÜST tərəfindən qurd xəstəlikləri ilə bağlı dərman təminatının gələn ilin aprel ayına reallaşacığının nəzərdə tutulur. S. Məmmədov qurd xəstəliklərinin əsasən 6-11 yaş arası uşaqlarda müşahidə edildiyini söyləyib. S. Məmmədovun sözlərinə görə, bu, respublikada şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən icra edilir. Helmintozların profilaktikası məqsədilə şagirdlərə qurd əleyhinə preparatlar paylanılır.