"Arka sokaklar"da şok: Rıza Baba ölür?

21 İyun 2016 16:00 (UTC+04:00)

11 ildir yayımlanan "Arka sokaklar" serialının yeni seriyasının fraqmenti yayımlanıb.


Movqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, fraqmentdə Rıza Baba obrazının vurulması səhnəsi sosial şəbəkəyə "damğa vurub". Onun dünyasını dəyişib-dəyişməməsi isə hələ bilinmir. 


Qeyd edək ki, bir neçə həftə əvvəl Hüsnü obrazının vurulması sosial mediada ən çox müzakirə edilən mövzulardan olmuşdu.