Keçmiş ərindən İrem Dericinin yeni münasibətinə şərh

21 İyun 2016 15:00 (UTC+04:00)

3 ay əvvəl həyat yoldaşı Rza Esendemirdən boşanan müğənni İrem Derici artıq sevgilisi Lider Şahinlə münasibətini gizlətmir. 


Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Rza "Renkli sayfalar" proqramında bu münasibət haqda danışaraq İremə xoşbəxtlik arzu edib:


"Boşandıq, mövzu bağlandı. Hər kəs azaddır. Kim nə istəsə, edəcək. Hər kəs xoşbəxt olsun. Həqiqətən, xoşbəxt olsunlar. Eşidəndə bir şey fikirləşmədim bu barədə. Boşandıqdan sonra danışmamışıq. Hazırda sevgilim yoxdur. Özümə gəlim sonra... Yaralar düzəlmədən üzərinə "yara bantı" yapışdırmaq olmaz".