“Neftçi”nin transfer etmək istədiyi qapıçı tibbi müayinədən keçmədi

21 İyun 2016 14:50 (UTC+04:00)

"Neftçi"nin çerneqoriyalı qapıçı Milan Miyatoviçlə müqavilə bağlamamasının səbəbi açıqlanıb.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, çərçivə qoruyucusu ilə münasibətlərin rəsmiləşdirilməməsinə səbəb onun tibbi müayinədən keçə bilməməsidir. 


Türkiyədə tibbi müayinədən sonra qolkiperin ciddi problem olduğu və onun transferinin riskli olduğu ortaya çıxıb.