OPEC-in "neft səbəti" bahalaşıb

21 İyun 2016 14:35 (UTC+04:00)

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) "neft səbəti" iyunun 20-də 4,66% və ya 2,06 dollar artaraq bir barel üçün 46,24 dollara çatıb.


Movqe.az-ın məlumatına görə, iyun ayı ərzində dünya birjalarında neftin bir barelinin qiyməti orta hesabla 46 dollar civarındadır, 2016-cı il ərzində isə 35,70 dollara satılır.


2015-ci ildə OPEC-in "neft səbəti"nin orta qiyməti 49,49 dollar, 2014 - 96,29 dollar, 2013 - 105,87 dollar, 2012 - 109,45 dollar, 2011-ci ildə isə 107,46 dollar təşkil edirdi. "Neft səbəti"nin rekordu 2008-ci ilin iyulunda qeydə alınıb - 140,73 dollar.


OPEC-in "neft səbəti" kartelin ölkələri tərəfindən satılan neftin növlərinin orta qiyməti kimi müəyyənləşdirilir.