Beyons 93 milyona villa alır - FOTO

21 İyun 2016 22:00 (UTC+04:00)

Populyar amerikalı müğənni Beyons əri, tanınmış reper və prodüser Cey Zi ilə birlikdə Havay arxipelaqında istirahətdədir. 

Movqe.az bildirir ki, Los-Anceles şəhərindəki 93 milyon dollarlıq villanı satın almağa hazırlaşdıqları vurğulanan Beyonsla Cey Zi çimərlikdə olarkən bol fotolar çəkiblər.

34 yaşlı Beyons əlvan çimərlik geyimində idi. Onun 46 yaşlı əri isə sürəkli olaraq xanımının fotolarını çəkirdi.

Beyonsla Cey Zinin Los-Anceles şəhərində, Holmbi Hills səmtindəki superlüks villasında 10 yataq otağbı və 20 vanna otağı, habelə gözəllik salonu, masaj kabineti, hovuzlar var.

Villa aprel ayında 130 milyon dollara satışa çıxarılmışdı./milli.az/