Brüsselli terrorçu ruhi xəstə imiş

21 İyun 2016 16:22 (UTC+04:00)

İyunun 21-i səhər Brüsseldə elan edilmiş terror həyəcanı yanlış olub. Bu barədə Movqe.az xəbər verir.


Saxlanılmış şəxsdə partlayıcı maddə aşkarlanmayıb, "şəhid kəməri" isə mulyaj çıxıb. İlkin versiyaya əsasən, saxlanılan şübhəli şəxs ruhi xəstədir.


Qeyd edək ki, "terrorçu" Brüsselin ən böyük ticarət komplekslərindən birinin qarşısından polisə zəng edərək "şəhid kəməri" ilə mərkəzə daxil olmaq istədiyini bildirib.


Belçikanın Baş baziri Şarl Mişel bəyan edib ki, ölkədə vəziyyət nəzarət altındadır, təhlükəsizlik qüvvələri isə yüksək hazırlıq vəziyyətindədir./trend/