Kreditlə oxumaq AMEA-nın magistraturasında təhsil alanlara da şamil edildi

22 İyun 2016 12:00 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabineti "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişiklik edib.


NK-dan  verilən məlumata görə, kredit sistemi işlə tədrisin təşkili qaydaları həm də Azıərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə şamil edilir.


Dəyişikliklərə əsasən, professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların, praktik məşğələlərin, laboratoriya işlərinin keçirilməsi) əm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında arasında xüsusi razılıq əsasında həyata keçirilir.