“Neft Daşları” yatağında yeni quyu qazılır

22 İyun 2016 12:10 (UTC+04:00)

"Neft Daşları" yatağındakı 1637A nömrəli meydançadan 2645 nömrəli quyuda qazma işlərinə başlanılıb. Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1700 metrdir.


Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.