Avstriya bankı SOCAR Trading-ə 250 milyon dollar kredit ayırıb

22 İyun 2016 12:40 (UTC+04:00)

"UniCredit Bank Austria" "SOCAR Trading" qrupunun tərkibinə daxil olan bir neçə şirkət üçün 250 milyon dollar məbləğində kredit ayırıb. Bu barədə Movqe.az trend-ə istinadən məlumat verir.


Kredit müvafiq şirkətlərin ticarət fəaliyyətinə dəstək vermək məqsədilə ayrılıb.


Bu saziş üzrə hüquqi məsləhətçi qismində Böyük Britaniyanın "Norton Rose Fullbright" firması çıxış edir.