Masallı sakini maşında silah gəzdirirmiş

22 İyun 2016 13:25 (UTC+04:00)

Masallıda avtomobildən silah aşkarlanıb.Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şıxlar kənd sakini Ağamir Seyidzadəyə məxsus "Lada" markalı avtomobilə baxış zamanı "TOZ-8" markalı tüfəng və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.