Türkiyədə polis məntəqəsinə hücüm: 1 ölü, 2 yaralı

22 İyun 2016 13:35 (UTC+04:00)

Türkiyənin Bitlis vilayətində polis məntəqəsinə silahlı hücum olub.


Movqe.az-ın "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində polis məntəqəsi qarşısından keçən bir nəfər ölüb, iki polis əməkdaşı yaralanıb.


İlkin məlumata görə, hücumun arxasında PKK terror təşkilatı dayanır.