Şəkər xəstələri üçün nəzərdə tutulan qidalara nəzarət gücləndirilməlidir-Açıqlama

22 İyun 2016 13:40 (UTC+04:00)

Şəkərli xəstələr üçün nəzərdə tutulan diabetik qidaların istehsalına, idxalına, satışına ciddi nəzarət olunmalıdır. Diabetli xəstələr üçün nəzərdə tutulan qidalar bu xəstəliyin bütün parametrlərə cavab verməlidir.  Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Endikronoloji mərkəzin direktoru Yusif İsmizadə söyləyib. Y. İsmizadə bildirib ki, şəkərli diabetlər üçün nəzərdə tutulan qidalara nəzarət başqa qurumların səlahiyyətindədir: "Düzdür, biz şəkər xəstələri üçün istehsal edilən qida məhsullarına nəzarət etmirik. Amma bu sahədə nəzarət tədbirləri ciddi aparılmalıdır. Çünki, şəkər xəstələrinin qəbul etdiyi qidanın onların sağlamlığına təsiri böyükdür. Mütləq bu qidalar şəkər xəstəliyinin bütün  parametrlərinə cavab verməlidir". 

Zülfiyyə QULUYEVA