Azərbaycanda şəkər xəstəliyinin müalicəsində yenilik tətbiq ediləcək-Özəl

22 İyun 2016 13:49 (UTC+04:00)

Gələcəkdə şəkərli diabetin müalicəsi Azərbaycanda insulin pompası ilə aparılacaq. Bu sözləri Movqe.az-eksklüziv açıqlamasında Respublika Endikronoloji mərkəzin direktoru Yusif İsmizadə söyləyib. Y. İsmizadə bildirib ki, bu, "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı"nda öz əksini tapıb. Y. İsmizadə bildirib ki, "insulin pompası"nın qiyməti çox baha olduğundan, bunun üçün lazımi maliyyə ayrıldıqdan sonra insulin pompası ilə şəkərli diabetin müalicəsi aparılacaq: " "İnsulin pompası"nın qimtəi 3500 manat civarındadır. Dövlətimiz bu aparatı 90 şəkərli diabetdən əziyyət çəkən uşağa pulsuz hədiyyə edib. "İnsulin pompası" ilə təmin olunan şəkər xəstələri hər gün insulin vurmurlar. Həmin pompa vasitəsilə insulin tənzimlənir. Bu aparat şəkər xəstələrinin üzərinə yerləşdirilir. Pompası özü şəkər xəstəsinə lazımi qədər insulin buraxır".

Y. İsmizadə bildirib ki, bu proqramın icrasına başlandıqda, ilk növbədə "insulin pompası" ilə təmin olunmayan uşaqlara bu aparat veriləcək. Bundan sonra yuxarı yaş təbəqəsi olan şəkər xəstələrinin "insulin pompası" ilə təminatına başlanılacaq".