Rəqsanə çimərlik geyimində fotolarını paylaşıb_FOTOLAR

22 İyun 2016 14:25 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova çimərlik geyimində fotolarını paylaşıb. 

Movqe.az-ın məlumatına görə, sənətçinin açıq-saçıq fotoları tənqid edilib.

R.İsmayılova ünvanına təhqir yazanlara belə cavab verib:

"Kimin xoşu gəlmir baxmasın. Siz dənizdə yəqin ya kürk, ya da palto geyinirsiniz. İstirahət edirəm, mənə belə xoşdur. Mənim dərdimi çəkmək sizə qalmayıb. İstəməyən baxmasın. Ürəyi zəif olanlar dərman içsinlər".