​Türkiyədə 20 maşın toqquşdu: yaralılar var - FOTO

22 İyun 2016 19:30 (UTC+04:00)

Türkiyənin Bodrum-Milas avtomobil yolunda 20 maşının toqquşması nəticəsində 5 nəfər yaralanıb.

Movqe.az report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya görə, hadisə Güvercinlik yaşayış məntəqəsində baş verib. Bodrum istiqamətində hərəkət edən maşından avtomobil yağı axıb. Yolun sürüşkən olması qəzanın baş verməsinə səbəb olub.

Məlumatda bildirilib ki, əvvəlcə bir motoskelt sürüşərək, yük avtomobilinin altına girib. Onun ardınca başqa bir yük avtomobili, 6 mikroavtobus və daha 12 maşın toqquşub.