Kati Holms nə üçün Cemmi Foksla olan münasibətini gizlədib

22 İyun 2016 16:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sarı mətbuatın çoxillik spekulyasiyasından sonra nəhayət Ceymi Foksun dostlarından biri ağzından qaçırdıb ki, bəli, "Şüa"nın ulduzu Kati holmsla çox yaxındır. "Cemmi onunla çox xöşbəxtdir. Mən həmişə onu belə xoşbəxt görmək istəmişəm" deyə "Real Housewives of Atlanta"nın keçmiş ulduzu Klaudiya Jordan bildirib. 

Problem bundadır ki, Katinin keçmiş əri Tom Kruzdur. "Kati və Cemmi həqiqətən Tomun reaksiyasından çox ehtiyat edirdilər" deyə, Hollivud Life-dan olan bir mənbə bunu təsdiqləyir. Tomun Katidən Suri adlı bir övladı da var.  

İndiyədək cütlük şəxsi həyatlarından yox, işləri barədə danışmağa üstünlük verirdilər.

Bəs, görəsən hər şey açılandan sonra Tom Kruzun reaksiyası necə olacaq?