Liviyada qanlı toqquşmalar: 66 ölü

22 İyun 2016 22:00 (UTC+04:00)

Liviyanın müxtəlif bölgələrində silahlı qruplarla hökumət qüvvələri arasında toqquşmalar baş verib. 


Movqe.az xarici mediaya istinadən xəbər verir ki, Misrata şəhərində silahlılar təhlükəsizlik işçilərinə məxsus silah anbarını partladıblar. Hadisə nəticəsində ən azı 28 nəfər həyatını itirib, 30 nəfər yaralanıb. 


Bundan başqa, Sirt şəhərində yerli qüvvələrlə terrorçular arasında baş verən silahlı insident zamanı 36 nəfər həyatını itirib. Öldürənlərin əksəriyyəti silahlı qrupun üzvləri olub.