Müalicəvi cökə çiçəyi çayı

22 İyun 2016 22:30 (UTC+04:00)

Cökə çiçəyi çayı dünyada ən çox içilən dərman bitkisindən biridir və olduqca çox maraqlı bir bitkidir.

Cökə çiçəkləri formaca daha çox yarpağa bənzəsədə, əslində yarpaqlarından görünüş və rəng cəhətdən fərqlidir. Çox ləzzətli bir dadı vardır, bal ətri verir dünyada ən çox əsəb sakitləşdirici kimi içilir, amma tərlədici və bədəni yumşaltmaq üçün əla bir vasitədir. Axşam yatmazdan əvvəl 1 stəkan içilib yatanda yuxunu dərinləşdirir, bədən, əl, ayaq soyuqluğundan əziyyət çəkənlər üçün əvəzolunmaz bir vasitədir.

Azərbaycanda yetərincə geniş yayılmış bir ağacdır. Balakən, Zaqatala, Astara, Daşkəsən kimi rayonlarımızda geniş yayılmışdır. Cökə ağacından sauna hazırlananda buxar dəyən zaman saunadan çox gözəl bir ətir gəlməyə başlayır, cökə ağacından keçmişdə nehrə hazırlayardılar, bu nehrənin yağından azacıq cökə ətri gələrdi.

Movqe.az bildirir ki, Amerikada Çikaqo unveristetində çox maraqlı bir eksperiment keçirmişlər. Beləki soyuqdəyməli xəstələri 3 qrupa bölmüşlər: birinci qrupa antibiotik, ikinci qrupa həm antibiotik, həm cökə çiçəyi çayı, üçüncü qrupa isə təkcə cökə çayı verərək müalicə etmişlər. Nəticədə tək cökə çayı verilmiş üçüncü qrup xəstələr həm tez sağalmış, həm də xəstəliyin fəsadını az yaşamışlar.

Soyuqdəymə zamanı cökə çiçəyindən tərləyənə qədər bol-bol için qorxmayın heç bir ziyanlı təsiri yoxdur. Çayı zoğal və ya moruq mürəbbəsi ilə için, hətta tərləyəndən sonrada içməyə davam edin. Cökə eyni zamanda qan təzyiqini aşağı salır, çox istifadə edənlər bunu nəzərə alaraq dəmləməyə bal əlavə etməlidirlər. Yüksəlmiş temperaturu aşağı salır, öskürək zamanı faydalıdır, ürək tez-tez döyünən zaman çayın içilməsi fayadlıdır. Bunlardan başqa stress, həyəcan, miqren kimi ağrılarda çayın içilməsi faydalıdır.