Ermənilərin faşizm ideologiyasını təbliğ etməsi pisləndi

22 İyun 2016 16:37 (UTC+04:00)

İrəvanda faşist ideologiyasını təbliğ edən, II Dünya müharibəsində faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin abidəsinin ucaldılması haqlı narazılıqlara səbəb olub. Movqe.az-ın məlumatına görə, II Dünya müharibəsi veteranları, faşist ideologiyasına qarşı çıxanlar Qaregin Njdenin Yerevanda abidəsinin açılışını qəti pisləyərək, sosial şəbəkələrdə buna etiraz əlaməti olaraq kampaniyaya start veriblər. Kampaniya facebook sosial şəbəkəsində https://www.facebook.com/Fascist-Garegin-Nzhdeh-988692624560046/?fref=ts adlı hesab açılmaqla,  twitterdə isə https://twitter.com/FNzhdeh səhifəsi ilə aparılır.