Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Baş Kəşfiyyat İdarəsinin rəisi işdən çıxarılıb

22 İyun 2016 17:10 (UTC+04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, Baş Kəşfiyyat İdarəsinin rəisi Qareqin Mxitaryan vəzifəsindən azad edilib.

 

Movqe.az-ın  verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan müvafiq sərəncam imzalayıb.

 

Digər sərəncamla bu vəzifəyə Stepan Melkonyan təyin edilib./apa/