"Braziliya futbolu özünəməxsusluğunu itirib"

22 İyun 2016 17:22 (UTC+04:00)

Argentina millisinin eks çalışdırıcısı Sezar Luis Menotti son illər Braziliya futboluna yaşanan eniş barədə fikir bildirib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Menotti "sambaçılar"ın Amerika Kubokundakı fiaskosunda Dunqanı tam təqsirli bilməyib. Onun sözlərinə görə tənəzzül bundan əvvəl başlayıbmış.


"Braziliya meydanda futbol adına heç nə göstərmədi. Həqiqətən, çox kədərli durumdur. Böyük futbolçular Rivelino, Tostao, Zito ilə dostluq edirəm. İndi onların hansı hisslər keçirdiyini bilirəm. Braziliya futbolu özünəməxsusluğunu itirib. Müqəssir kimdir, aydınlaşdırmaq istəmirəm. Bu proses Dunqadan əvvəl başlamışdı".


Qeyd edək ki, Braziliya Amerika Kubokunun 100 illik yubileyində qrup mərhələsini adlaya bilmədi.