Avropa üçün tarixi gün

23 İyun 2016 11:00 (UTC+04:00)

Britaniyada ölkənin Avropa İttifaqında (Aİ) qalıb-qalmaması ilə bağlı referendum keçirilir.Movqe.az xəbər verir ki, referendum gün boyu davam edəcək. İlkin nəticələr London vaxtı ilə gecə 00.30-dan sonra açıqlanmağa başlanacaq və hər bir yerli hakimiyyət orqanı öz nəticəsini elan edəcək. Beləliklə, son nəticə, yəni, Britaniyanin Aİ-də qalıb-qalmayacağı iyunun 24-də səhər saatlarında Mançester şəhərindən elan ediləcək.