Masallıda 59 yaşlı kişinin meyiti sudan çıxarılıb

23 İyun 2016 12:17 (UTC+04:00)

Masallıda 59 yaşlı kişinin meyiti sudan çıxarılıb. Movqe.az-ın FHN-in saytına istinadən məlumatına görə, Kosagül kəndində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50-60 km aralı, nəzarətsiz ərazidə) batmış 1957-ci il təvəllüdlü Abışov Etibar Abbas oğlunun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 80 metr aralıda) tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.