Ötən il 62 diplom saxta çııxıb

23 İyun 2016 12:05 (UTC+04:00)

Ötən il ali təhsil müəssisələrində saxta diplom alma halları müşahidə olunub. Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ərzində hüquqi əsası olmayan diplomlarla bağlı Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinə ümumilikdə  62 məlumat daxil olub. Onlardan 18-i barədə qanunvericiliyə müvafiq tədbir görülməsi üçün müəssisə rəhbərlərinə tapşırıqlar verilib, 44-nə isə əsasən hüquq-mühafizə və məhkəmə orqanlarından daxil olmuş sorğular əsasında müvafiq məlumatlar verilib.