“Günəşli“də ölən 13 neftçinin ailəsinə sığorta ödənilib

23 İyun 2016 13:36 (UTC+04:00)

"Günəşli" neft yatağında baş vermiş qəzada həlak olan neftçilərə görə sığorta ödənişləri həyata keçirilib.

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib. M.Rüstəmov qeyd edib ki, qəza nəticəsində həlak olan neftçilərlə bağlı onlara təqdim olunmuş sənədlər üzrə neftçilərin ailə üzvlərinə sığorta ödənişləri verilib: "Təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub və onların ailəsinə sığorta ödənişi tam həyata keçirilib. Konkret məbləğ yoxdur, işçidən asılı olaraq müxtəlif məbləğlər ödənilib. Bu istiqamətdə işlərimizi davam etdiririk".