Gəncədə ağır qəza - 1 ailənin 3 üzvü yaralandı

23 İyun 2016 13:55 (UTC+04:00)

Gəncədə iki avtomobil toqquşub. Movqe.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə Fərhad Əliyev küçəsinin kəşisməsində "Opel" və BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Opel" markalı avtomobildə xəsarət alanların bir ailənin üç üzvü olduğu qeyd edilir. Onlar Gəncədə yerləşən özəl xəstəxanalardan birinə, BMW-nin sürücüsü 23 yaşlı Səfər Cavadov isə TTYX-yə aparılıb. lkin ehtimala görə, qəzaya BMW-nin svetoforun qırmızı işığında keçməsi səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.