Erkən ailə quran 15-17 yaşlı qızların dünyaya gətirdiyi uşaqların statistikası-Özəl

23 İyun 2016 12:21 (UTC+04:00)

"2015-ci ildə 15-17 yaşda erkən nikaha daxil olan qadınlar tərəfindən 2 min 895 uşaq dünyaya gəlib. 2014-cü ildə isə bu rəqəm 3 min 296 olub".

Bu sözləri Movqe.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. E. Səfərov nikahdankənar uşaqların doğulmasında erkən nikahların, cəmiyyətdəki streotiplərin səbəb olduğunu bildirib.