Prezident Azər Qasimovu təltif etdi

23 İyun 2016 14:33 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Azər Qasımovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.