Nazirlik Tovuzdakı qətllə bağlı məlumat yaydı

23 İyun 2016 16:05 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Tovuzda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da rayon sakini Günay Gülməmmədovanı münaqişə zəminində qətlə yetirmiş qardaşı Ruslan Gülməmmədov tutulub. Araşdırma aparılır.