Bakıda 14 yaşlı şəxs 25 minlik qızıl oğurladı

23 İyun 2016 16:42 (UTC+04:00)

Bakıda yeniyetmə qohumunun evindən oğurluq edib. Movqe.az DİN-in saytına istinadən xəbər veri ki, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub. Faktla bağlı araşdırma aparılır.