Küçədən yeni doğulan körpə tapıldı - Gəncədə

23 İyun 2016 16:58 (UTC+04:00)

Gəncədə küçədə yeni doğulan uşaq tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə iyunun 22-də Nizami (Gəncə) rayonunda qeydə alınıb.  Rayonun Yeni Gəncə qəsəbəsində yeni doğulan oğlan uşağı tapılıb. Uşaq Gəncə şəhər Körpələr Evinə təhvil verilib.