Vahid Ələkbərov yenidən "Lukoil"in prezidenti seçildi

23 İyun 2016 20:00 (UTC+04:00)

Vahid Ələkbərov yenidən "Lukoil" şirkətinin prezidenti vəzifəsinə seçilib.

"Lukoil"in səhmdarları illik toplantıda V. Ələkbərovun növbəti 5 il üçün şirkətin prezidenti vəzifəsinə seçilməsi haqqında qərar qəbul ediblər.

Qeyd edək ki, V. Ələkbərov 1950-ci ildə Bakıda doğulub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1993-cü ildən "Lukoil"a rəhbərlik edir. O, şirkətin səhmlərinin 22,96%-nə sahibdir.(APA)