Türkiyədə evlilik proqramlarına böyük məbləğdə CƏZA

23 İyun 2016 17:44 (UTC+04:00)

Türkiyənin ali televiziya qurumu RTÜK evlilik proqramları ilə bağlı yeni qərar çıxarıb. Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ali televiziya qurumunun qərarına əsasən Star, Fox, Kanal D, ATV və Flash TV böyük məbləğdə pul cəzası alıb. Buna səbəb kimi həmin verilişlərdə efirə uyğun olmayan ifadələrin işlədilməsi olub.