ABŞ-da Fed-i hərəkətə gətirə biləcək müsbət xəbər

23 İyun 2016 22:30 (UTC+04:00)

ABŞ-ın Ticarət Nazirliyinin məlumatlarına görə, 18 İyunda başa çatan həftədə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 18 min azalaraq 259 min olub. Bu proqnozdan aşağıdır.


Bloombergin sorğusuna qatılan ekspertlərin gözləntisi 270 min idi. 4 həftəlik ortalama işsizlik müavinəti müraciətləri 2 min 250 nəfər azalaraq 267 min olub. Davam edən işsizlik müraciətləri isə 11 İyunda başa çatan həftədə 20 min azalaraq 2.14 milyona geriləyib.


68 HƏFTƏDİR 300 MİNDƏN AŞAĞIDIR


İşsizlik müqvinəti müraciətləri, 68-ci həftədə də 300 mindən aşağı qalıb. Bu, 1973-cü ildən bəri görülən ən uzunmüddətli trend və iqtisadçılara görə bu vəziyyət sağlam məşğulluq bazarına işarə edir.


Moody's Analytics-in iqtisadçısı Ryan Sweet, "Müraciətlərdəki azalma təkcə məşğulluq bazarının deyil, bütün iqtisadiyyatın sağlam mənzərəsi üçün əhəmiyyətli bir barometrdir" qiymətləndirməsini edib.


Fed faiz artırmağa başlamazdan əvvəl məlumatlara baxacağını bildirmişdi. Bu müsbət məlumat Fed-in hərəkətə keçməsini bir az da olsa tezləşdirə bilər.