Daha 2 qadın güləşçimiz mübarizəyə qoşulur

24 İyun 2016 11:10 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.Gənc qızların mübarizəsində ilk gün Elis Manolova (67 kq) gümüş medal qazanıb.Çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulur.Güləşçilərimiz 2 çəki dərəcəsində təmsil olunur. Sona Tumarxanova 48 kq, Şəbnəm Əhmədova 55 kq çəki dərəcəsində mübarizə aparacaq.