Elnur Hüseynova Türkiyədə qadağa qoyublar - fotolar

24 İyun 2016 11:17 (UTC+04:00)

"O Səs Türkiyə" müsabiqəsinin qalibi, "Eurovision" təmsilçilərimizdən olan Elnur Hüseynov Bakıya qayıdıb.


Movqe.az-ın məlumatına görə, müğənni ADDIM Gənclər Təşkilatının "Cinemaya ADDIMla" layihəsinə qatılıb. O, gənclərlə birlikdə "Səviyyəli Oğlanlar" filmini izləyib. 


E.Hüseynov kinoteatrlara az-az getdiyini bildirib. 


İfaçı media nümayəndələrinin suallarını cavablandırmayıb. O, "Mənim Türkiyədə bir şirkətlə müqaviləm var. Onlar müsahibəyə icazə vermirlər" deyə, bildirib.


E.Hüseynovun saçlarını saraltması da diqqətdən qaçmayıb./axşm.az/