Tanınmış aparıcıdan Səmra Rəhimliyə ETİRAZ

24 İyun 2016 11:22 (UTC+04:00)

Aparıcı Leyla Quliyeva tədbirlərin birində fotokameralar qarşısına keçərək, şəkillər çəkdirib. Movqe.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, aparıcı builki "Eurovision" yarışmasında baş verənlərdən danışıb. 


O, erməni təmsilçinin yarışmada qondarma Dağlıq Qarabağ bayrağını qaldırmasından danışıb və Səmra Rəhimlinin buna soyuqqanlı yanaşmasını qınayıb:


"Səhnədə çıxıb oxumaq başqa bacarıqdır. Bununla yanaşı müğənni unutmamalıdır ki, orada təmsil etdiyi ölkənin yeganə carçısıdır. 9 milyon xalqının ürəyində olan ağrını, acını daşıyırsan, onları təmsil edirsən. Hər şeyin etikası var. Başa düşürük, sənin problemin var, amma "Eurovision" bunu həll etmək üçün ideal məkanı deyil. Sənin düşmənin olan ifaçı orada necə odlu-alovlu çıxışlar edir. Ona ünvanlanan suallara necə cavab verirdisə... Bilinirdi ki, əvvəlcədən hazırlanıb. Sən də özünü sıxmamalı, təmsil etdiyin ölkənin ağrısını əks etdirməlisən. Bu mənim üçün çox önəmli hal idi. Ona görə də "Eurovision"a gedən ifaçı birinci oxumağı, ikinci səhnə mədəniyyətini, üçüncü kamera qarşısında özünü aparmağı, dördüncü isə siyasi baxışları öyrənməlidir".