Türkiyədə avtomobilin partlaması nəticəsində xəsarət alanların sayı 16-ya çatıb

24 İyun 2016 11:30 (UTC+04:00)

Türkiyənin cənub-şərqində polis bölməsinin qarşısında minalanmış avtomobilin partlaması nəticəsində xəsarət alanların sayı 16-ya çatıb. Bu barədə Movqe.az "Anadolu" agentliyinə istinadən xəbər verir.


Agentliyin məlumatına görə, yaralananların 11-i hərbçidir. Bütün yaralılar xəstəxanaya yerləşdirilib.


Bundan əvvəl məlumat verilmişdi ki, partlayış nəticəsində yük avtomobilinin sürücüsü həlak olub, 11 polis əməkdaşı isə yaralanıb.


Qeyd edək ki, avtomobil cümə axşamı Mardin əyalətində polis bölməsinin qarşısında partlayıb. İlkin məlumata görə, partlayışa görə məsuliyyəti Kürd Fəhlə Partiyası daşıyır.